7 noyabr 2015 01:10
Nazarov oynadı, komandası darmadağınla qalib gəldi
Almaniya ikinci Bundesliqasında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Bohum"la qarşılaşıb. Matç 3:0 hesabı ilə futbolçumuzun komandasının xeyrinə başa çatıb. Start heyətdə meydana çıxan Nazarov 76-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Karlsrue" hazırda 19 xalla 18 klub arasında 9-cu pillədə qərarlaşıb.
