7 noyabr 2015 00:50
Toni Adams Qəbələdəki işinə nə vaxt qayıdacaq?
"Qəbələ"nin idman direktoru Toni Adams təxminən bir ay Azərbaycan klubundakı işlərindən kənar qalacaq. Azerisport.az xəbər verir ki, buna səbəb onun bir müddət öncə ölkəmizdə ürəyindən əməliyyat olunmasıdır.
Ürəyində ağrılar hiss etdiyi üçün azərbaycanlı həkimlər tərəfindən əməliyyat olunan ingiltərəli mütəxəssis hazırda vətənində istirahət edir. O, öz açıqlamasında təxminən bir ay sonra işinin başına dönəcəyini açıqlayıb:
"Məni ürəyimdən əməliyyat ediblər. Amma hazırda hər şey qaydasındadır. Böyük Britaniyada bərpa keçirəm. Bu üzdən bir ay işləyə bilməyəcəyəm".
