7 noyabr 2015 00:30

Dani Kintana: Ümid edirəm ki, qazon Tottenhemlə oyunda daha yaxşı olacaq

"Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransanın "Monako" klubuna qarşı keçirdikləri oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyun barədə nə deyə bilərsiniz?
- Biz qələbəyə layiq idik. Amma elə alındı ki, "Monako"dan cəmi bir xal ala bildik. Rəqibin bəxti çox gətirdi. Xüsusilə də buraxdığımız qol epizodunda. Hansı ki, həmin epizodda bizim qətiyyən bəxtimiz gətirmədi. Ondan sonra yenə qol vurmaq üçün çox çalışdıq. Lakin alınmadı. Nəticədə, 1:1 hesablı bərabərliyə razılaşmalı olduq. Buna baxmayaraq, qrupdan çıxmaq üçün mübarizəmizi davam etdiririk. Bunun üçün qarşıdakı oyunlardan qalib ayrılmağımız lazımdır.

- "Qarabağ"ın "Monako"ya qarşı səfərdəkindən daha yaxşı oynadığını demək olar?
- Bəli, yaxşı oynadıq. Burada qazon çox ağırdır. Oyundan öncə mənim kiçik zədəm var idi. Ona görə bir həftə oynaya, aktiv məşq edə bilməmişdim.

- Deməli, qazon bu dəfə də sizə mane oldu?
- Biz öz futbolumuzu oynamağa çalışdıq. Əvvəlki oyunlarla müqayisədə təbii ki, meydançanın vəziyyəti yaxşı idi. Məsələn, "Anderlext"lə oyundan. Amma mənə elə gəlir ki, qazon rəqibdən daha çox bizim üçün ağır oldu. Ümid edirəm ki, "Tottenhem"lə ev oyunumuzda qazon bundan da yaxşı olacaq.

- Hamının sizdən qələbə gözlədiyini nəzərə alsaq, üzərinizdə təzyiq hiss edirdiniz?
- Bəli, əlbəttə, təzyiq hiss edirdik. Eyni zamanda başa düşürdük ki, qələbə qazanmaq heç də asan məsələ deyil.

- Bundan sonra qrupdan çıxmaq şanslarınızı necə dəyərləndirə bilərsiniz?
- Şansımız hələ də qalır. Sonadək mübarizəmizi davam etdirəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.