6 noyabr 2015 19:00

Fariz Nəcəfov: Roman Qriqorçukla uzun müddətli müqavilə bağlamaq fikrimiz var

"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı keçirdikləri oyundan (0:4) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Oyunun çətin olacağını bilirdik. Baxmayaraq ki, bu oyunda müsbət nəticəyə ümidli idik. Üstəlik, səfərdə oynayırdıq. Rəqib də çox güclü idi.

- Komandanız son dövrlər uğursuz çıxış edir. Bununla bağlı klubdaxili toplantı keçirməmisiniz?
- Mən oyunun analizi prosesində iştirak etmişəm. Orada heç kim günahlandırılmadı. Fikrimcə, növbəti oyunlarda hər şey yaxşı olacaq.

- Komandanın son uğursuzluqlarını Roman Qriqorçukun Ukrayna yığmasına mümkün gedişi ilə bağlı yayılan xəbərlərlə bağlayanlar var...
- Bu, bir təsadüfdür və müzakirə mövzusu ola bilməz. Hələ bundan öncə Qriqorçukla söhbətimiz olmuşdu və mənə bildirmişdi ki, məşqçilərin niyə yığmanı çalışdırmağa can atdığını başa düşmür. Potensialı olan məşqçi yığmada çalışmağa can atmamalıdır. İldə cəmi bir neçə oyun keçirmək əksər məşqçilər üçün darıxdırıcı olur. Üstəlik, Qriqorçuka heç bir təklif də gəlməyib. Komandanın çıxışına gəlincə, yaxşı oynayırıq. Sadəcə, bəxtimiz gətirmir.

- Ola bilər ki, bütün bu söhbətlərə son qoymaq üçün onunla uzunmüddətli müqavilə imzalayasınız?
- Bizim belə bir ideyamız var. Amma bu barədə hələ aramızda söhbət olmayıb.

- Avroliqa oyunlarında meydanda azərbycanlı futbolçuların çox az görünməsi sizi narahat etmir?
- Biz də istərdik ki, yerli futbolçularımızın sayı çox olsun. Amma heyəti baş məşqçi müəyyənləşdirir və biz ona bu məsələdə güvənirik. Onun işinə qarışa bilmərik. Meydana ən yaxşılar çıxırlar. Dünən akademiyamızın yetirməsi olan Elvin Camalovu meydanda görməklə fəxr etdim.

- Vüqar Nadirov qışda "Qəbələ"ni tərk edəcək?
- Bu məsələləri baş məşqçi həll edir. Bu barədə də onunla söhbətimiz olmayıb. İlin sonunda müzakirə edəcəyik. Eyni sözləri digər futbolçulara da aid etmək olar.

- Vaxtilə "Borussiya" ilə "Qarabağ" arasında keçirilmiş oyunda tanınmayan DQR-in bayrağı açılmışdı. Sizinlə oyunda isə ancaq erməni bayraqları görmək mümkün idi. Siz bu barədə "Borussiya" rəsmiləri ilə söhbət etmişdiniz?
- Biz təkcə bu barədə yox, çox şey haqda söhbət etmişdik. Fikrimcə, Mxitaryanın bizə qol vurmasını şişirtmək lazım deyil. Bizim ermənilərlə əsas mübarizəmiz Qarabağdadır. Ötən gün ancaq oyunu düşünürdük. Bütün stadion erməni bayraqları ilə dolu olsaydı da, oyuna münasibətimizdə dəyişiklik olmayacaqdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.