6 noyabr 2015 15:20
Fariz Nəcəfov: Borussiya ilə oyundan gözlədiyimiz çox idi
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Almaniyanın "Borussiya" klubuna qarşı keçirdikləri səfər oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 0:4 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Çətin olacağını bilirdik. Amma etiraf etmək lazımdır ki, biz bu oyundan çox şey gözləyirdik. Rəqibimiz çox güclü idi. Üstəlik, səfərdə oynayırdıq. Artıq bu görüşü unudub, qarşıdakı oyunları düşünməliyik".
