6 noyabr 2015 14:30
İlkay Gündoğan: Qəbələyə daha çox qol vura bilərdik
Almaniyanın "Borussiya" (Dortmund) klubunun yarımmüdafiəçisi İlkay Gündoğan Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 4:0 hesablı qələbəsi ilə bağlı bunları söyləyib:
"Birinci hissə bizim üçün asan olmadı. Rəqib çox güclü müdafiə olunurdu. Amma buna baxmayaraq, iki qol vurmağı bacardıq. İkinci hissə idə daha asan alındı. Daha çox qol vura bilərdik. Son dövrlər tez-tez oyunlara çıxdığımız üçün, baş məşqçi mənə bu matçın start heyətində şans verməmişdi. Məhz buna görə meydana fasilədən sonra çıxdım. "Krasnodar"la səfər oyununa da qələbə üçün yollanacağıq".
