6 noyabr 2015 14:00
Rəmiş Malıyev UEFA-nın iclasında iştirak edəcək
AFFA-nın Hüquq və Kadr Məsələləri Şöbəsinin müdiri Rəmiş Malıyev UEFA-nın Hüquq Komitəsinin iclasında iştirak edəcək. Azerisport.az xəbər verir ki, iclas noyabrın 9-da İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçiriləcək.
