6 noyabr 2015 11:45
Derlis Meza Kolli: Belə oyunla 4 qol buraxmağımız normaldır
"Qəbələ"nin yarımmüdafiəçisi Derlis Meza Kolli Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 0:4 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Çox çətin oyun oldu. Bizim qol vurmaq üçün şansımız olmadı. Rəqib komandanın isə qol vəziyyətləri oldu və bir neçəsindən yararlandılar. Belə oyunla 4 qol buraxmağımız normaldır. Stadiona meydan sahiblərinin çoxlu azarkeşinin toplaşması oyunumuza heç bir təsir göstərmədi".
