6 noyabr 2015 11:30
Tulalan: Qarabağ birinci hissədə bizə oynamağa imkan vermədi
Fransanın "Monako" klubunun kapitanı Jeremi Tulalan Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan danışıb. Azerisport.az xəbər verir ki, o, 1:1 hesablı heç-heə ilə bağlı bunları söyləyib:
"Biz ikinci hissədə yaxşı təsir bağışladıq. Təəssüf ki, belə oyunu 90 dəqiqə ərzində göstərə bilmədik. Ardıcıl dördüncü dəfə qələbə qazanmaq pis olmazdı. Birinci hissədə rəqib bizə yaxşı oynamağa imkan vermədi. Hədəfimiz hələ də əvvəlki kimidir - pley-offa vəsiqə qazanmaq".
