6 noyabr 2015 11:15
Dani Kintana: Qrupdan çıxmaq üçün hələ də şansımız qalır
"Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Fransanın "Monako" klubuna qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə ilə bağlı bunları söyləyib:
"Biz Bakıda Monakodakından daha yaxşı oynadıq. Rəqib qapısına yol tapmağa da nail olduq. Amma təəssüf ki, bəxtimiz gətirmədi və qol buraxdıq. Bizim hələ də qrupdan çıxmaq şansımız qalır. Bunun üçün sonadək mübarizə aparacağıq".
