6 noyabr 2015 01:55
Tottenhem Anderlextə qalib gəldi
Avropa Liqasının qrup mərhələsində dördüncü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"la birgə J qrupunda yer alan "Tottenhem" (İngiltərə) və "Anderlext" (Belçika) klubları da növbəti matça çıxıblar.
Sözügedən klublar Londonda üz-üzə gəliblər. Matç İngiltərə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra "Qarabağ" yenidən qrupunda sonuncu pilləyə düşüb: "Tottenhem" - 7, "Monako" - 6, "Anderlext" - 4, "Qarabağ" - 4.
