6 noyabr 2015 01:15

Henrix Mxitaryan: Qəbələ yaxşı komandadır, onlara uğurlar arzulayıram

Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Henrix Mxitaryan Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 4:0 hesablı qələbəsi ilə bağlı bunları söyləyib:

"İlk qola qədər bizim üçün hər şey çətin idi. Amma hesabı açdıqdan sonra rəqib komandanın müdafiəsində boşluqlar yaranmağa başladı. Ondan sonra biz daha çox hücum etməyə başladıq. İkinci qoldan sonra bizə oynamaq daha rahat oldu. Komandamız yaxşı oynadı, komanda yoldaşlarımı qələbə münasibətilə təbrik edirəm. "Qəbələ" də yaxşı komandadır. Rəqib komandanın baş məşqçisi ilə tanışam. Aleksey Qayla da birgə oynamışıq. Sergey Zenyovu, Dmitri Bezotosnını, Aleksey Antonovu, Vitali Vernidubu tanıyıram. Klubunuza uğurlar arzulayıram.

Bakıya gəlməməyimə gəlincə, mən bunu istəyirdim. Amma təhlükəsizlik məsələlərinə görə, Dortmundda qalmağıma qərar verildi".

Bu zaman ona vaxtilə ölkəmizdə keçirilmiş müxtəlif turnirlərdə erməni idmançıların problemsiz iştirakı barədə məlumat verilsə də, o, bunları qeyd edib: "Güləşçilər, şahmatçılar gəliblər. Amma futbol tamamilə başqadır. Mən ora gələcəyim halda nə baş verəcəyini deyə bilmərəm".

Erməni futbolçu ölkəsinin milli bayraqları ilə birgə onu dəstəkləməyə gəlmiş azarkeşlərlə də bağlı fikirlərini bölüşüb: "Burada mənim həmyerlilərim çoxdur. Onlar "Borusiya"nın oyunlarına gəirlər. Bu oyunu izləmələrinin Azərbaycan klubuna qarşı oynamağımızla bağlı olduğunu düşünmək lazım deyil. Onlar mənə görə gəlmişdilər, Azərbaycan klubuna qarşı azarkeşlik etməyə yox"

"Vurduğum qola gəlincə, hələ oyundan öncə də demişdim ki, bu görüş mənim üçün xüsusi əhəmiyyət daşımır. Amma vurduğum qo xoşuma gəldi. Burada heç bir prinsipiallıq yoxdur".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.