6 noyabr 2015 01:00
Borussiya rəsmisi Tuxelin erməni bayrağı ilə bağlı suala cavab verməsinə imkan vermədi
Almaniyanın "Borussiya" klubunun baş məşqçisi Tomas Tuxel Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyuna çoxlu erməninin gəlməsi, eləcə də tribunalarda yer alan erməni bayraqları ilə bağlı suala cavab verməyib. Azerisport.az xəbər verir ki, klubun mətbuat xidmətinin əməkdaşı baş məşqçinin bu sualı cavablamasına imkan verməyərək, özü açıqlama verib:
- Stadionda çoxlu erməni bayrağı vardı. Bu, "Borussiya"nın hər oyununda belədir, ya Azərbaycan klubu ilə qarşılaşdığınız üçün qəsdən belə addım atılmışdı?
- Burada çoxlu erməni yaşayır. Onlar hərdən komandamızın oyunlarını izləməyə gəlirlər. Onlar Henrix Mxitaryanı sevirlər, dəstəkləyirlər. Stadionumuzda təkcə erməni bayrağı açılmır.
