6 noyabr 2015 00:50
Tomas Tuxel: Qəbələnin iki hücumçu ilə oynayacağını bilirdik
Almaniyanın "Borussiya" (Dortmund) klubunun baş məşqçisi Tomas Tuxel Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 4:0 hesablı qələbəsi ilə bağlı bunları söyləyib:
"Bu gün stadionda yaxşı atmosfer var idi. Hələ özümə gəlməmişəm. Ona görə də həftə sonu keçirəcəyimiz derbi barədə düşünmürəm. Həmin oyunla bağlı sabah danışa biləcəyəm. "Qəbələ"nin Bakıdakı kimi yenə iki hücumçu ilə oynayacağını bilirdik. Sonradan rəqib bəzi dəyişikliklərə əl atdı. Belədə biz də müvafiq addımlar atmalı olduq. Gördüyünüz kimi, hər şey yaxşı oldu".
