6 noyabr 2015 00:40
Aleksey Qay: Borussiya ilə oyun bizim üçün böyük təcrübə oldu
"Qəbələ"nin yarımmüdafiəçisi Aleksey Qay Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı keçirdikləri səfər oyunundan danışıb. Azerisport.az saytına açıqlamasında o, 0:4 hesablı məğlubiyyəti belə şərh edib:
"Oyuna çox ciddi hazırlaşmışdıq. Uğurlu nəticəyə imza atmağı da çox istəyirdik. Amma alınmadı. Bu oyun bizim üçün böyük təcrübə oldu".
