6 noyabr 2015 00:30

Asiya Futbol Konfederasiyası Neftçiyə dəvət göndərdi

“Neftçi”nin icraçı direktoru Elnur Məmmədov Asiya Futbol Konfederasiyasının dəvəti ilə Tacikistana işgüzar səfərə yollanacaq. Azerisport.az xəbər verir ki, Konfederasiyanın baş katibinin vəzifələrini icra edən Dato Vindzor Conun imzası ilə kluba daxil olan məktubda AFK-nın “Kick off” proqramının fəaliyyəti barəsində rəsmi məlumat öz əksini tapıb.

Məktubda bu sahədə zəngin təcrübəyə malik olan mütəxəssislərin “Kick off” proqramına məsləhətçi qismində cəlb olunmasının vacibliyi xüsusi vurğulanır.

“Kick off” proqramı çərçivəsində təşkil olunacaq seminarda Elnur Məmmədov futbol infrastrukturunun və klubların idarə olunması mövzularında mühazirələr aparacaq. Seminara Tacikistan Futbol Federasiyası və yerli dövlət qurumlarının nümayəndələri, klub rəsmiləri qatılacaqlar. AFK tərəfindən təşkil olunacaq “Kick off” proqramı üzrə seminarda mühazirələr 9 noyabr tarixində başlanacaq və 4 gün davam edəcək.
Qeyd edək ki, Asiya Futbol Konfederasiyası 1954-cü ildə təsis edilib. Qitə miqyaslı qurum hazırda 47 federasiyanı özündə cəmləşdirir. Asiya Futbol Konfederasiyası Asiya Kuboku və Asiya Çempionlar Liqası kimi iri miqyaslı yarışların təşkilatçısıdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.