6 noyabr 2015 00:10

Rəşad Sadıqov: Pley-offa çıxmaq üçün sonadək mübarizə aparacağıq

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Fransa "Monako"suna qarşı keçirilmiş oyundan (1:1) sonra bir sıra sualları cavablandırıb. Azerisport.az sizi təcrübəli müdafiəçinin fikirləri ilə tanış edir.

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Bu gün demək olar ki, bərabər gücə malik, oxşar futbol sərgiləyən iki komanda qarşılaşdı. Biz yaxşı mübarizə apardıq, əlimizdən gələni etdik. Buraxılan qol epizodunda bəxtimiz gətirmədi. Bu, təbii ki, bir qədər üzücü məqamdır.

- Buraxılan qoldan sonra sanki, həvəsdən düşdünüz...
- Belə düşünmürəm. Biz yenə hücumlarımızı davam etdirdik. Son 10 dəqiqədə xüsusilə fəal olduq. Sadəcə, "Monako" kimi güclü müdafiə xəttinə malik komandanın arxa xəttini yarmaq heç də asan deyil.

- "Qarabağ"ın bu gün "Monako"dan daha yaxşı oynadığını demək olar?
- Fikrimcə, bərabər səviyyəli oyun oldu. Biz Monakoda da qələbə və xal qazana bilərdik. Buna yalnız Bakıda nail ola bildik. Buna da şükür.

- Qazonun vəziyyəti oyuna heç bir təsir göstərmədi?
- Xeyr, qazon normal idi.

- "Monako"nun futbolçuları hakimdən narazı idilər, tez-tez onu alqışlayırdılar...
- "Monako"nun heyətində xeyli təcrübəli futbolçu çıxış edir. Onlar bu yolla hakimə təzyiq göstərməyə çalışırdılar. Amma hakim də təcrübəli idi, ona görə də belə epizodlara fikir vermirdi.

- "Qarabağ"ın qrupdan çıxmaq şansları barədə nə düşünürsünüz?
- Hələ bu barədə düşünmək tezdir. Biz bu gün qələbə qazanıb, qrupda vəziyyətimizi yaxşılaşdırmaq istəyirdik. Görünür, qismət deyilmiş. Amma pley-offa çıxmaq üçün sonadək mübarizə aparacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.