Roman Qriqorçuk: Qəbələ Avroliqanın finalında oynayacaq komandaya uduzdu
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Almaniyanın "Borussiya" klubuna qarşı keçirdikləri səfər oyununu şərh edib. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis 0:4 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Darmadağına görə günahar kimdir? Burada çoxlu məqamlar var. Biz Avropa Liqasının finalında oynayacaq komandaya uduzduq. "Borussiya" Çempionlar Liqası səviyyəsində olan bir komandadır. Rəqibi qələbə münasibətilə təbrik edirəm və bu turnirin qalibi olmasını arzulayıram. Bu oyun bizim üçün çox faydalı oldu. Belə oyunlar test kimidir. Belə atmosferi hiss etmək, yaşamaq lazımdır. Bizim üçün ciddi dərs oldu, faydalı olacağına inanıram. Bu oyundan nəticə çıxarmaq, daim irəli getmək lazımdır".
