5 noyabr 2015 23:15
İbrahim Şehiç: Buraxılan qolda mənim günahım yoxdur
“Qarabağ”ın qapıçısı İbrahim Şehiç Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Fransa “Monako”suna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən görüşdən sonra bunları dilə gətirib:
"Birinci hissədə yaxşı oynadıq. İkinci hissədə isə "Monako" çox yaxşı pressinq tətbiq etməyə başladı. Bu gün bizim bəxtimiz gətirmədi. Qələbə qazanmalı idik".
Jurnalistlər ona buraxdıqları qola görə məsuliyyət daşıdığına dair sual verdikdə isə, Şehiç həmin epizoda görə onun günahının olmadığını bildirib.
