5 noyabr 2015 22:55
Tahir Gözəl: Qarabağ 3 xala layiq idi
“Qarabağ”ın prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Fransa “Monako”suna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən görüşdən sonra bunları dilə gətirib:
"Həyatda olduğu kimi, futbolda da hər şey istədiyimiz kimi alınmaya bilir. "Qarabağ" güclü rəqibə qarşı layiqli oyun sərgilədi. Qələbəyə də tam layiq idi. Amma təəssüf ki, xal itirdik. Komandamızın qrupdan çıxmaq şansı hələ də qalır".
