5 noyabr 2015 22:35
Leonardo Jardim: Qarabağdan xal almaq asan olmadı
Fransanın "Monako" klubunun baş məşqçisi Leonardo Jardim Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən görüşdən sonra bunları dilə gətirib:
"Qarabağ" birinci hissədə daha üstün oynadı. İkinci hissədə isə biz yaxşı oynadıq. Gərgin oyun oldu. Qələbə qazanmaq istəyirdik, amma heç-heçə ilə kifayətlənməli olduq. "Qarabağ"dan bir xal almaq asan olmadı".
