5 noyabr 2015 19:40
Samir Əliyev Pro kateqoriyalı məşqçilik kurslarına qatılacaq
Bu gün “Neftçi” PFK-ya Ukrayna Futbol Federasiyasından məktub daxil olub. Azerisport.az xəbər verir ki, məktuba əsasən, “Neftçi”nin baş məşqçisi Samir Əliyev noyabrın 4-də Ukraynada baş tutmuş dinləmələrdən uğurla keçərək “Pro” kateqoriyalı məşqçilik kurslarına cəlb edilib.
Ukraynada keçiriləcək məşqçilik kurslarının ilk mərhələsi 16-20 noyabr tarixləri aralığında təşkil olunacaq.
Qeyd edək ki, AFFA tərəfindən növbəti “Pro” kateqoriyalı məşqçilik kursu 2017-ci ildə təşkil olunacağı səbəbindən Samir Əliyevin Ukraynaya yollanması məqsədəuyğun hesab edilib
