5 noyabr 2015 18:20
Ürfan Abbasov: Əlimizdən gələni edəcəyik ki, nəticə qazanaq
"Qəbələ"nin müdafiəçisi Ürfan Abbasov Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çətin oyun olacaq. Rəqibin adı hər şeydən xəbər verir. Gücümüz daxilində əlimizdən gələni edəcəyik ki, yaxşı oynayaq, nəticə qazanaq. "Siqnal İduna Park" əla stadiondur. Bu qədər azarkeş ordusu qarşısında oynamaq bizim üçün şərəfdir. Fikrimcə, rəqib nə qədər çoxlu azarkeş tərəfindən dəstəklənsə də, bu, bizə problem yaratmayacaq".
