Emin İmaməliyev: Qəbələnin böyük hesabla uduzacağına inanmıram
Azərbaycan yığmasının və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Emin İmaməliyev "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində bu gün keçirəcəyi Almaniya "Borussiya"sı ilə səfər oyunundakı şanslarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"ın heyətində "Siqnal İduna Park"da oynamışam. O vaxt biz böyük hesabla məğlub olmuşduq. Amma istənilən halda həmin görüşlə bağlı xoş xatirələrimiz qalır. Elə bu cür arenada futbol oynamağın özü böyük həzzdir. Çünki dortmundluların çox yaxşı azarkeşləri var. "Qəbələ"yə asan olmayacaq. "Borussiya" hazırda çox yaxşı formadadır. Demək olar ki, əksər oyunlarda rəqiblərini böyük hesabla məğlub edir. Amma mən "Qəbələ"nin böyük hesabla uduzacağına inanmıram. Bu komanda səfərdə yaxşı oynamağı bacarır".
