5 noyabr 2015 16:20
Mahmud Qurbanov: Qarabağ Monako üzərində qalib gələcək gücdədir
Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanov Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda meydana çıxacaq "Qarabağ" və "Qəbələ"nin bu günkü oyunları ilə bağlı proqnozlarını açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ"nin hansı komandaya qarşı oynayacağı hər kəsə yaxşı bəllidir. "Borussiya" kimi bir rəqib üzərində mümkün qələbə komandamızı bir gecənin içində Avropada məşhura çevirə bilər. Amma vəziyyəti real qiymətləndirsək, şans çox azdır. Baxmayaraq ki, bu, böyük hesabla uduzacağımız anlamına da gəlməməlidir.
"Qarabağ"a gəlincə, "Monako" ilə oyunda şanslar bərabərdir. Komandamız öz meydanında bu rəqibə qalib gələcək gücdədir. Çünki "Qarabağ"ın ifasında belə nəticələri görmüşük".
