5 noyabr 2015 13:00
Qarabağ - Monako matçında anşlaq gözlənilmir
Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində "Qarabağ"la Fransa "Monako"su arasında keçiriləcək oyuna bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, hazırda bu oyuna 15 000 bilet satılıb.
Bu isə stadionun yarısı qədərdir. 30 mindən çox azarkeş tutan Tofiq Bəhramov adına respublika stadionunda bu axşam anşlaq gözlənilmir. Baxmayaraq ki, oyuna saatına qədər bilet satışında artımın olması istisna edilmir.
Qeyd edək ki, "Qarabağ" - "Monako" matçı bu gecə keçiriləcək və saat 20:00-da start götürəcək.
