5 noyabr 2015 23:50

Qəbələ Borussiya ilə səfər matçından darmadağınla qayıdır

Bu gün Avropa Liqasında qrup mərhələsinin dördüncü turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən "Qəbələ" də qrupdakı növbəti oyununa çıxıb.

Komandamız səfərdə Almaniyanın "Borussiya" (Dortmund) klubunun qonağı olub. Doğma meydanda bu rəqibinə 1:3 hesabıyla uduzmuş qəbələlilər səfərdə möcüzəyə ümid edirdilər. Amma bu möcüzə baş verməyib və komandamız meydanı 4 cavabsız qolla məğlub tərk edib.

Bu gün qrupun digər oyununda "Krasnodar" (Rusiya) doğma meydanda PAOK-u (Yunanıstan) qəbul edib. Rusiya təmsilçisi doğma meydanda 2:1 hesabıyla üstün olublar.

UEFA Avropa Liqası
C qrupu
4-cü tur

5 noyabr

"Borussiya" - “Qəbələ” - 4:0 (2:0)
Qollar: M.Roys, 28 (1:0). P.E.Obameyanq, 45 (2:0). S.Zenyov, 67-öz qapısına (3:0). H.Mxitaryan, 70 (4:0).
Sarı vərəqə: V.Vernidub, 8. S.Bender, 14. E.Camalov, 86. S.Zərgərov, 90+3.
Baş hakim: Sebastyen Delferyer (Belçika)
Dortmund. "Siqnal İduna Park".

"Borussiya": 1. Roman Vaydenfeller, 15. Mats Hummels (k), 26. Lukaş Pişçek, 28. Mattias Ginter (8. İlkay Gündoğan, 62), 29. Marsel Şmeltser, 33. Yulian Vayql, 6. Sven Bender, 10. Henrix Mxitaryan, 11. Marko Roys (9. Adnan Yanuzay, 46), 27. Qonsalo Kastro, 17. Pyer-Emerik Obameyanq (20. Adrian Ramos, 68).
Ehtiyat oyunçular: 38. Roman Bürki, 3. Park Joo Ho, 4. Neven Subotiç, 23. Şinji Kaqava.
Baş məşqçi: Tomas Tuxel.
"Qəbələ": 33. David Petrkeviç, 3. Voyislav Stankoviç, 15. Vitali Vernidub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 44. Rafael Santos, 10. Dodo (k), 19. Aleksey Qay, 88. Derlis Meza Kolli (4. Elvin Camalov, 76), 9. Sergey Zenyov (66. Samir Zərgərov, 86), 69. Aleksey Antonov (32. Fakundo Pereyra, 68).
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 8. Məhəmməd Mirzəbəyov, 5. Georgi Floresku, 6. Rəşad Sadiqov.
Baş məşqçi: Roman Qriqorçuk.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.