5 noyabr 2015 00:20
Tomas Tuxel: Qəbələ ilə oyuna ən güclüləri buraxacağam
Almaniyanın "Borussiya" (Dortmund) klubunun baş məşqçisi Tomas Tuxel Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
"Qarşıdakı "Şalke" ilə derbi matçının vacibliyini başa düşürük. Amma biz hazırda tam olaraq "Qəbələ" ilə oyuna köklənmişik. Bu rəqiblə oyunda kimlərin meydana çıxacağına hələ qərar verməmişik. Ən güclülər oynayacaq. "Qəbələ" üzərində qazanılacaq qələbə ilə hər şeyin həll olunacağını deməzdim. Biz hər oyunda maksimum nəticə üçün meydana çıxmalıyıq. Meydanda dominantlıq etmək istəyirik. Lakin başa düşürük ki, rəqib kompakt və müdafiə futbolu oynayacaq".
