5 noyabr 2015 00:10
Almanlar Borussiyanın start heyətini açıqladılar
Almaniya mətbuatı Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"ni qəbul edəcək Dortmund "Borussiya"sının meydana hansı start heyətlə çıxacağını açıqlayıb. Azerisport.az xəbər verir ki, bu ölkədən olan həmkarlarımız baş məşqçi Tomas Tuxelin 4-2-3-1 taktikasına üstünlük verəcəyini və ilk dəqiqələrdən bu futbolçulara şans verəcəyini iddia edirlər:
Roman Vaydenfeller - Lukaş Pişçek, Sokratis Papastatopulos, Mats Hummels, Marsel Şmeltser - İlkay Gündoğan, Sven Bender - Qonsalo Kastro, Şinji Kaqava, Marko Roys - Pyer-Emerik Obameyanq.
Qeyd edək ki, "Borussiya" - "Qəbələ" matçı sabah "Siqnal İduna Park" stadionunda keçiriləcək və saat 22:00-da start götürəcək.
