4 noyabr 2015 22:00

Roman Qriqorçuk: Sabah çempionat oyunlarını unudub, Borussiya ilə görüşdən həzz almalıyıq

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis bunları söyləyib:

- Rəşad Sadiqovun mətbuat konfransında iştirakı onun da sabah start heyətdə oynayacağından xəbər verir? Rəqibi meydanın mərkəzində qarşılayacaqsınız?
- Xeyr, Rəşad sadəcə, buranın yolunu yaxşı bildiyi üçün mətbuat konfransına gəlib (gülür). Amma ciddi olsaq, o da mənim kimi sizin suallarınızı cavablandırmağa hazır olduğu üçün buradadır. Bu, heç nədən xəbər vermir. Hələ heyətlə bağlı sizə heç nə deyə bilmərəm.

- Oyundan öncə sizin hansısa ayinləriniz var ki, onlara əməl edirsiniz?
- Uğurları illər ərzində qazanmaq mümkündür. Təmiz işləməklə. Belə olan halda nədəsə bəxtin də gətirməlidir. Qalan inanclar heç bir önəm kəsb etmir. Mən Allaha inanan insanam. Təmiz yaşamağa inanıram.

- Premyer Liqadakı uğursuz çıxışlardan sonra komandada psixoloji vəziyyət necədir?
- Biz bundan tamamilə azadıq. Qələbə qazana bilmədiyimiz son oyunlardakı çıxışımızdan razıyıq. Çünki bütün görüşlərdə böyük üstünlüklə mübarizə aparmışıq. Qələbə qazana bilməməyimizə isə hücumları məntiqi sonluqla başa çatdıra bilməməyimiz səbəb oldu. Sabah bizim üçün əsl bayramdır, böyük bir hadisədir. Ona görə də belə bir gündə Premyer Liqadakı oyunları düşünməməliyik. "Borussiya" ilə oyundan həzz almaq istəyirik. Elə etməliyik ki, ən azından Bakıdakı görüşlə müqayisədə daha yaxşı oyun sərgiləyə bilək. Uşaqların meydana çıxıb, öz oyunlarını göstərəcəyinə əminəm.

- Dodo ilə Rafael Santosun durumu necədir?
- Onlar meydana çıxmağa hazırdırlar. Heyəti artıq müəyyənləşdirmişəm. Amma strateji əhəmiyyətinə görə onu sizin üçün açıqlaya bilmərəm (gülür).

- Pyer-Emerik Obameyanqı necə saxlamağı düşünürsünüz?
- O, unikal futbolçudur. Belə bir fenomeni öyrənmək çox maraqlıdır. Onun rəqib komanda üçün necə ciddi fiqur olduğunu başa düşürük. Rəqib komandanın bizə qarşı necə oynayacağından da xəbərimiz var. Buna hazırlaşmışıq. İnanıram ki, həm Obameyanqı, həm də rəqib komandanın digər futbolçularını saxlamağı bacaracağıq.

- Belə çətin oyunlarda sizin üçün həlledici olan nədir, yetirmələrinizə daha çox nəyə diqqət yetirməyi tapşırmısınız?
- Belə bir rəqibə qarşı hər bir futbolçu yüksək səviyyədə çıxış etməlidir. Amma taktiki amillərə daha çox diqqət ayırmaq lazımdır. Bu, rəqibin güclü hücum xəttini neytrallaşdırmağa imkan verəcək. Həmçinin hücumda düzgün və güclü oynamaq vacibdir. Sabah uğur qazanmaq üçün sadəcə, müdafiədə diqqətli oynamaq yetərli olmaya bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.