4 noyabr 2015 21:40

Rəşad Sadiqov: Qəbələ Dortmundda Neftçinin Milandakı uğurunu təkrarlaya bilər

"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqov Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Almaniyanın "Borussiya" klubuna qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu açıqlamasında vaxtilə "Qarabağ"ın heyətində Dortmund təmsilçisinə qarşı oyunu da xatırlayıb:

"Həmin oyunu artıq unutmuşam. Çünki həmin oyun çoxdan olub. Məğlub olmağımıza baxmayaraq, biz onda yaxşı oynamışdıq. Yaxşı mübarizə apardıq. "Borussiya"nın azarkeşlərinin həmin oyundakı davranışlarını hələ də xoş xatirələrlə yada salıram. Burada futbol oynamaq çox xoşdur".

Sadiqov həmçinin "Neftçi"nin heyətində Milan "İnter"inə qarşı keçirdiyi oyundan da danışıb: "Biz həmin oyundakı nəticəni təkrarlaya bilərik. Buna inamımız da var. Hamımız uğur qazanacağımıza inanırıq. "Qəbələ"nin hələ qrupda qələbəsi yoxur. Amma olacaq. İstək olandan sonra "Neftçi"nin Milanda 2:2 hesablı heç-heçəyə imza atdığı kimi, Dortmundda da uğurlu nəticə qazanmaq mümkündür".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.