4 noyabr 2015 19:00
Mattias Ginter: Qəbələ ilə oyunda qrupdan çıxmağı təmin etmək istəyirik
Almaniyanın "Borussiya" klubunun müdafiəçisi Mattias Ginter Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində qarşılaşacaqları "Qəbələ" ilə oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qrup mərhələsini birinci yerdə başa vurmaq istəyirik. İmkan olsa, buna elə qarşıdakı "Qəbələ" ilə oyunda nail olmaq istəyərdik".
