4 noyabr 2015 18:00
Fakundo Pereyra: Borussiyaya qol vurmaq istəyirəm
"Qəbələ"nin hücumçusu Fakundo Pereyra Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Sabah "Borussiya"ya qol vurmaq istəyirəm. Bakıdakı oyunda buna nail ola bilmədim. Amma cavab görüşündə komandama kömək etmək istəyirəm. Bilirəm ki, buna nail olmaq çox çətin olacaq. Amma "Qəbələ" güclü komandadır və biz evə uğurlu nəticə ilə dönə bilərik".
