4 noyabr 2015 17:20
Stefan Əl-Şaaravi: Bakıda yenə qol vurmaq istəyirəm
Fransanın "Monako" klubunun hücumçusu Stefan Əl-Şaaravi Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Ötən ay mən İtaliya yığması ilə birgə Bakıda səfərdə olmuşdum. Azərbaycanla oyundan (3:1) çox yaxşı təəssüratlarla ayrıldım. Həmin oyunda qol da vurmuşdum. Ümid edirəm ki, sabah eyni uğurları "Monako" ilə birgə də qazana biləcəyəm. Fikrimcə, yenə qələbə qazana bilərik. Amma bu, çətin olacaq. Çünki "Qarabağ" çox güclü rəqibdir. Əziyyət çəkməliyik. Tribunaların dəstəyi bizim qələbə qazanmağımıza mane ola bilər. Hansı ki, ilk oyunda da bizə çətin oldu. Uzun müddət qol vura bilmədik".
