4 noyabr 2015 17:00
Maksim Medvedev: Monako ilə cavab matçında uğur qazanacağımıza inanırıq
"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Fransanın "Monako" klubuna qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
"Bizi güclü rəqibə qarşı çətin oyun gözləyir. Azarkeşlərin bizi yaxşı dəstəkləyəcəyinə inanıram. Yaxşı oynamağa borcluyuq. Səfər oyunundan sonra bu rəqiblə oyunda uğur qazanacağımıza daha çox inanırıq. Stefan Əl-Şaaraviyə qarşı oynamaq çox çətindir, amma mümkündür. Çünki bu oyun "Qarabağ" üçün çox vacibdir".
