4 noyabr 2015 16:40

Qurban Qurbanov: Monakoya qarşı mütləq sonadək mübarizə aparmalıyıq

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Fransanın "Monako" klubuna qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı Bakıda baş tutacaq oyun öncəsi təşkil olunan mətbuat konfransında bunları söyləyib:

"Bəzən belə oyunlardan öncə sevincli oluruq. Amma necə məsuliyyət daşıdığımızı da başa düşürük. "Monako" güclü rəqibdir. Qrupda hələ də məğlub olmayan komandadır. Hazırlıq üçün elə də çox vaxtımız olmadı. Çünki gərgin qrafiklə oynayırıq. Lakin hələ də vaxtımız var. Yaxşı oyun sərgiləmək istəyirik. Mütləq sonadək mübarizə aparmalıyıq".

"Heyətlə bağlı dəyişiklik təbii ki, olacaq. Məsələn, hücumçuları dəyişdiririk. Çünki heyətdə itkilərimiz var. Komanda üzərində təzyiq var. Futbolçular üzərində belə təzyiq olması bəzən müsbət effekt də verir. Belədə daha çox oyunu düşünməli olurlar. Ümid edirəm ki, stadionda çoxlu azarkeş olacaq".

Qurbanov "Monako" ilə oyun öncəsi matçın keçiriləcəyi Tofiq Bəhramov adına respublika stadionunda son məşqə çıxmamalarına da aydınlıq gətirib: "Qazonu korlamaq istəmirik. Ona görə də Suraxanıda məşq etməyə üstünlük verdik".

"Monako" çox baxımlı və sürətli oyun sərgiləyir. Bu üzdən də maraqlı oyun olacağı şübhəsizdir. Amma biz evdə daha yaxşı oynamağa çalışacağıq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.