4 noyabr 2015 15:20

Dodo: XL ilə oyunda olduğu kimi, Borussiyaya da 8-ci saniyədə qol vurmaq istərdim

"Qəbələ"nin yarımmüdafiəçisi Dodo Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı keçirəcəkləri səfər oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Qarşıdakı oyundan nə gözləyirsiniz?
- Meydana çıxan hər bir futbolçu qələbə qazanmaq istəyir. Eləcə də biz bu oyundan qalib ayrılmaq istəyirik. Aydın məsələdir ki, rəqib çox güclüdür. Almanlara qarşı xüsusilə səfərdə oynamaq çox çətin olacaq. Çünki "Borussiya"nın avrokuboklarda zəngin təcrübəsi var. Amma bütün çətinliklərə baxmayaraq, qələbə qazanmağı çox istəyirik.

- Bakıdakı görüşün sonunda bu komandaya qol vurmağı bacardınız. Dortmundda da qol vuracağınıza, komandanıza qələbə qazandıracağınıza inanırsınız?
- Əlbəttə, imkanım olsa, elə birinci dəqiqədə qol vurmağa çalışacağam. Amma hər şey imkandan asılıdır. Məsələn, "Borussiya"nı da "Xəzər Lənkəran"la oyunda olduğu kimi, 8-ci saniyədə cəzalandırmaq istərdim. Erkən qol vursaq, uğur qazanmaq imkanımız da artmış olar.

- Səfərdə hücum futbolu oynayacaqsınız, ya müdafiə?
- Son iki oyunu buraxmışam. Baş məşqçimiz rəqibi analiz edib. Amma hələ taktika seçməmişik. Hələ bunun üçün vaxtımız var.

- Komandanızın son turlardakı uğursuz çıxışı oyununuza təsir göstərə bilər?
- Düşünmürəm ki, bu, hansısa psixoloji gərginliyə səbəb olsun. Futbolda qələbələr də olur, məğlubiyyətlər də. Amma təbii ki, uduzmaq elə də yaxşı hal deyil.

- Dmitri Bezotosnının yoxluğu nə dərəcədə təsirini göstərəcək?
- Bunun bizə hansısa çətinlik yaradacağını düşünmürəm. Çünki bizim başqa qapıçımız da var. David Petrkeviçə inanıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.