4 noyabr 2015 15:00
Rikardo Karvalyo Bakıda gördüklərindən təəccübünü gizlətmədi
Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində "Qarabağ"ın qonağı olacaq Fransanın "Monako" klubunun müdafiəçisi Rikardo Karvalyo Bakıya əvvəlki səfərini yada salıb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
"Sonuncu dəfə buraya bir neçə il öncə, Portuqaliya yığmasının heyətində gəlmişdim (AÇ-2008-in seçmə mərhələsi çərçivəsində, 2007-ci ildə). Bakının bu qədər dəyişməsi təəccüblüdür. Bu şəhər hazırda çox gözəlləşib".
Qeyd edək ki, "Qarabağ" - "Monako" matçı sabah Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.
