4 noyabr 2015 14:40
Monakonun futbolçuları Bakını gəzdilər
Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində "Qarabağ"ın qonağı olacaq Fransanın "Monako" klubu ötən gecədən Azərbaycandadır. Azerisport.az xəbər verir ki, bu gün səhər knyazlıq təmsilçisinin futbolçuları Bakını gəzintiyə çıxıblar.
Qeyd edək ki, "Qarabağ" - "Monako" matçı sabah Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.





