4 noyabr 2015 11:40
Ansi Aqolli: Monako ilə oyun bizim üçün çox vacibdir
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Fransa "Monako"suna qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çox çətin oyun olacaq. Bizim üçün hər bir oyun vacibdir. Amma bu oyunun da xüsusi vacibliyi var. Öz meydanımızda oynayırıq. Üstəlik, ikinci dövrənin ilk oyununa çıxacağıq. Ona görə də mümkün qədər çox xal toplamağa çalışmalıyıq".
