4 noyabr 2015 11:20

Vladimir Miçoviç: Neftçini 6-cı pillədə görmək heç də xoş deyil

"Neftçi"nin sabiq qapıçısı Vladimir Miçoviçin azerisport.az saytına müsahibəsi

- Hazırda heç bir yerdə işləmirsiniz. Azərbaycandan, digər ölkələrdən heç bir təklif yoxdur?
- Təkliflər var. Amma mən düzgün qərar qəbul etmək istəyirəm, ona görə tələsmirəm.

- Sirr deyilsə, hansı klublardan təklif var?
- Mən sirri açmamağa üstünlük verirəm. Çünki hələ heç kimə dəqiq cavab verməmişəm. Gəlin bir qədərdə gözləyək, o zaman klubun adını açıqlayacağam. Mən özüm Azərbaycanda çalışmaq istəyərdim. 10 ildir Bakıda çalışırdım. Bu şəhər artıq mənim üçün çox doğmalaşıb. Ən gözəl illərimi məhz Bakıda keçirmişəm.

- "Neftçi"nin futbol akademiyasını niyə tərk etdiniz?
- Bu, kluba yeni rəhbərliyin gəlişindən sonra baş verdi. Onlar mənə yeni müqavilə təklif etmədilər. Ona görə də getdim.

- Sizcə, "Neftçi" niyə Premyer Liqada uğursuz çıxış edir?
- Çempionatla, "Neftçi"nin oyunları ilə maraqlanıram. Komandanı 6-cı pillədə görmək heç də xoş deyil. Uğursuz çıxışın dəqiq səbəbini deyə bilmərəm. Amma işlərin qaydasında getmədiyi görünür. Klub rəhbərliyi daha çox gənclərə şans verir. Lakin bu, uzunmüddətli prosesdir.

- Sizcə, Samir Əliyev baş məşqçi postunda çox qalacaq?
- Samir çox yaxşı insandır. Futbolçu kimi yüksək səviyyəli oyun sərgiləyirdi. Məşqçi kimi də böyük gələcəyi var. Klub rəhbərliyi ona şans veribsə, vaxt da verməlidir. Onun 2-3 il bu postda qalması lazımdır.

- "Neftçi"də "ikinci Miçoviç"i görürsünüz?
- Hamıya hörmətim var, amma təəssüf ki, "Neftçi"də "ikinci Miçoviç"i görmürəm. Fikrimcə, o, hələ uzun müddət olmayacaq. Yaxşı qapıçı tapmaq həmişə çətindir. Mənə elə gəlir ki, Azərbaycanda qapıçıların səviyyəsi aşağı enib. Sadəcə, "Qarabağ"ın qapıçısı İbrahim Şehiç öz səviyyəsini qoruyur.

- Bəs çempionatın səviyyəsi barədə nə deyə bilərsiniz?
- "Qarabağ"la "Qəbələ" çempionatın səviyyəsini qaldırıb. Amma digər klublarda səviyyə aşağı düşüb. Əvvəllər 5-6 komanda bərabər səviyyədə çıxış edirdi. İndi o da yoxdur.

- "Qarabağ"la "Qəbələ"nin Avropa Liqasındakı şansları barədə nə düşünürsünüz?
- "Qarabağ"ın qrupdan çıxmaq şansı daha çoxdur, nəinki "Qəbələ"nin. Amma bu iki komandanı istənilən halda qrup mərhələsində çıxış etdiklərinə görə təbrik etmək istərdim. Bu, Azərbaycan futbolu üçün heç də kiçik hadisə deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.