4 noyabr 2015 00:15

Rəşad Sadiqov: Biz ancaq Henrix Mxitaryana qarşı yox, Borussiyaya qarşı oynamalıyıq

"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı keçirəcəkləri səfər oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Premyer Liqadakı son uğursuzluqlardan sonra komandada atmosfer necədir?
- Düzünü deyim ki, son oyunlardakı uğursuz nəticələrə baxmayaraq, komandadakı ab-hava kifayət qədər normaldır. Qarşıdakı oyuna tam döyüşkən əhval-ruhiyyədə hazırlaşırıq. Xal qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- Mütəxissislərin əksəriyyəti "Qəbələ"nin qrupdan çıxacağına inanmır...
- Prinsipcə, püşkatmadan sonra da mütəxəssislər bizim şanslarımızın az olduğunu demişdilər. Qrupumuzda necə komandaların yer aldığını nəzərə alsaq, bu, kifayət qədər normaldır. Üstəlik, "Qəbələ"nin qrup mərhələsində təcrübəsi yox idi. Amma hər şeyə rəğmən, hələ də qrupdan çıxmaq şansımızın qaldığını düşünürəm. "Borussiya"nın qrup birincisi olacağına da şübhəm yoxdur.

- Siz deyəsən, "Qəbələ"nin heyətində Dortmundda oynamağın necə olduğunu bilən yeganə futbolçusunuz...
- Bəli, "Qarabağ"ın heyətində "Borussiya"ya qarşı səfərdə oynamışam. Onda biz 0:4 hesabıyla uduzduq. "Qəbələ"yə də çətin olacaq. Özü də Bakıdakı oyundan ikiqat çətin. Amma gücümüzə inanmalı, rəqibdən qorxmamalıyıq. Rəqibin bizi təzyiqdə saxlamağa çalışacağı şübhəsizdir. Lakin inanıram ki, yaxşı oynasaq, uğur qazana bilərik.

- Sizcə, rəqibin təzyiqi daha güclü olacaq, ya tribunaların?
- Rəqib daha çox təzyiq göstərəcək. Amma tribunalar bizim üçün də əlavə motivasiya sayıla bilər. Çünki çoxlu azarkeş qarşısında oynamaq xoşdur. "Borussiya"da zəif yer tapmaq çətindir. Amma mənə elə gəlir ki, müdafiələri elə də güclü deyil. Bundan yararlanmaq lazımdır.

- Rəqibin əsas liderlərindən biri - Henrix Mxitaryan Bakıya gətirilməsə də, güman ki, Dortmundda meydana çıxacaq və daha böyük istəklə mübarizə aparacaq...
- Bu futbolçunun yoxluğunun ilk oyunda rəqibin oyununa hansısa təsir etdiyini düünmürəm. "Borussiya" kollektiv oyunu ilə daha güclüdür.

- Ermənistan yığmasının üzvü yəqin ki, Azərbaycan klubuna qol və qollar vurmağa çalışacaq...
- Biz bunun baş verməsini istəmirik. Amma təkcə Mxitaryan yox, rəqibin digər futbolçularının da bizə qol vurmasına imkan verməməliyik. Ona görə də yalnız Mxitaryana köklənmək lazım deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.