4 noyabr 2015 00:00
Qəbələ Dortmunda çatdı
Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Almaniyanın "Borussiya" klubunun qonağı olacaq "Qəbələ" artıq Dortmunda çatıb. Azerisport.az xəbər verir ki, komandamız artıq qalacağı oteldə məskunlaşıb.
Qeyd edək ki, "Borussiya" - "Qəbələ" matçı noyabrın 5-də keçiriləcək və saat 22:00-da start götürəcək.
