3 noyabr 2015 19:30
Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Fransanın "Monako" klubuna qarşı keçirəcəkləri oyun öncəsi mətbuat konfransına qatılacaq. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı jurnalistlərlə noyabrın 4-də görüşəcək. Tədbir saat 16:30-da start götürəcək.
Saat 17:15-də isə "Monako"nun çalışdırıcısı Leonardo Jardimin mətbuat konfransı start götürəcək.
Qeyd edək ki, "Qarabağ" - "Monako" matçı noyabrın 5-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.
