3 noyabr 2015 19:00

"Yeni yaranan komandadan bir oyunçunun yığmaya çağırılması yaxşı haldır"

“Kəpəz”in Topaz Premyer Liqasında və əvəzedicilərin ölkə birinciliyində uğurlu çıxışı futbolçuların müxtəlif yaş qrupları üzrə yığma komandalara yolunu açır. Azerisport.az xəbər verir ki, ötən aylarda klubun əsas heyətinin üzvləri A milli və gənclər yığmasına dəvət almışdısa, bu dəfə əvəzedicilərin futbolçusu Əli Səmədov oyunu ilə U-19 komandasının məşqçilər korpusunun diqqətini çəkib.

Səmədov noyabrın 2-dən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Bakıda keçirilən təlim-məşq toplanışına dəvət alıb. Əli daha əvvəllər aşağı yaş qrupları üzrə ölkə yığmalarına cəlb olunsa da, ilk dəfə U-19-a çağırılıb. 

Yetirməsinin milliyə dəvəti haqda əvəzedici heyətin baş məşqçisi Azər Məmmədov klub saytına fikirlərini bölüşüb: “Elə mən də Əlinin bu uğuruna sevinirəm. Arzu edirəm ki, yığmada möhkəmlənib oynasın. Yeni yaranmış komandadan bir oyunçunun yığmaya çağırılması yaxşı haldır. Milli ilə yanaşı, istərdim ki, əvəzedicilərdən “Kəpəz”in əsas komandasına da uşaqlarımız getsin. Namizədlər var, amma nə vaxt gedib ilk “11-lik”də yer alacaqlar, bax, onda lap çox sevinəcəyəm”.

“Kəpəz”in sıralarından sonuncu dəfə 19 yaşlıların Azərbaycan yığmasına futbolçunun çağırılmasından uzun zaman keçib. Bu mənada Əli Səmədov həsrətə son qoyub.

Qeyd edək ki, 19 yaşlıların paytaxtda toplanış keçməsi Avropa Çempionatının ilkin seçmə mərhələsinin oyunları ilə bağlıdı. Futbolçularımız noyabrın 10-u, 12-i və 15-də Bayıl stadionunda müvafiq olaraq Ukrayna, Türkiyə, Bosniya və Herseqovinadan olan həmyaşıdları ilə qarşılaşacaqlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.