3 noyabr 2015 17:30
Qəbələni Dortmundda 200 fanat dəstəkləyəcək
"Qəbələ" Avropa Liqasıın qrup mərhələsinin dördüncü turu çərçivəsində Almaniyanın "Borussiya" klubu ilə səfər oyununda dəstəksiz qalmayacaq. Azerisport.az xəbər verir ki, bu Dortmundda keçiriləcək oyunda komandamızı 200-ə yaxın azarkeş dəstəkləyəcək.
Qeyd edək ki, "Borussiya" - "Qəbələ" oyunu noyabrın 5-də keçiriləcək və saat 22:00-da start götürəcək.
