3 noyabr 2015 17:15
Rikardinyo: Borussiyaya qalib gələ bilərik
"Qəbələ"nin müdafiəçisi Rikardinyo Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi çətin oyun gözləyir. "Borussiya"nı məğlub edə bilərik. Amma heç-heçə də bizim üçün yaxşı nəticə olacaq. Bunun üçün çox güc sərf etməyimiz lazımdır. İnanıram və hesab edirəm ki, uğur bizim tərəfimizdə olsaq, hər şey yaxşı olacaq".
