3 noyabr 2015 17:00
Rəşad Sadiqov: Qarabağda olarkən Dortmundda oynamışam və bizi nə gözlədiyini bilirəm
"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqov Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"da çıxış etdiyim vaxt Dortmundda oynamışdım. Komandamızı orada nə gözlədiyini bilirəm. Rəqib bizi təzyiqdə saxlamağa çalışacaq. Bu yolda azarkeşlərinin də rəqib komandaya böyük dəstəyi dəyəcək. Bizə asan olmayacaq. Amma ümid edirəm ki, qarşıya qoyulan vəzifənin öhdəsindən gələ biləcəyik".
