3 noyabr 2015 16:30

Zenyov: Qrupdan çıxmaq şansımız olduğuna görə Dortmundda sonadək mübarizə aparacağıq

"Qəbələ"nin hücumçusu Sergey Zenyov Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı keçirəcəkləri səfər oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- "Borussiya" ilə səfər oyunundan nə gözləyirsiniz?
- Əlbəttə, çox çətin oyun olacaq. "Borussiya" son dövrlər çox yaxşı oynayır. Bunu onların Bundesliqadakı çıxışında da görmək mümkündür. Üstəlik, onlarla səfərdə oynayacağıq. Ona görə də rəqibin böyük azarkeş dəstəyi də olacaq. Dortmundda oynamaq isə heç bir komandaya asan olmur.

- Artıq hər iki komanda bir-birini yaxşı tanıyır. Bunu sizin üçün müəyyən üstünlük saymaq olar?
- Mən buna ümid etmək istərdim. Amma asan olmayacağını bilirəm (gülür). "Borussiya" bizə qarşı Bakıdakı oyundan sonra yaxşı forma yığıb.

- "Qəbələ"nin Dortmundda qələbə qazanacağına çox az adam inanır. Siz sürpriz edəcəyinizə inanırsınız?
- Qələbəyə inanmasaydıq, meydana çıxmazdıq. Sən uduzacağını düşünürsənsə, ən yaxşısı meydana çıxmamaqdır.

- Bu rəqiblə Bakıdakı oyunda sizə nə çatmadı?
- Bizim matçın əvvəlində yaxşı qol vəziyyətlərimiz oldu. Amma onlardan istifadə edə bilmədik.

- Həmin epizodlardan birində də siz Dodoya ötürmə etdiniz. İndi həmin ötürməni etdiyinizə görə təəssüf hissi keçirmirsiniz?
- Çox təəssüflənirəm. Düzünü deyim ki, mən onun ofsayda düşəcəyini gözləmirdim. Eyni zamanda düşünmək üçün də həmin anda çox vaxtım yox idi.

- Dortmundda da oxşar epizod olsa, hansı qərarı verəcəksiniz?
- Yüz faiz zərbə vuracağam (gülür).

- Ümumiyyətlə, qol vəziyyəti yarada biləcəksiniz?
- Çalışacağıq. İstənilən oyunda qol vəziyyətləri olur.

- Dortmundda "Qəbələ"yə qarşı Henrix Mxitaryan da oynayacaq. Bu, əlavə təzyiqə səbəb olmayacaq ki?
- Mən bu barədə danışmaq istəmirəm. Mxitaryan yaxşı futbolçudur.

- "Borussiya" ilə oyun sizin qrupdan çıxmaq yolunda son şansınız da ola bilər...
- Nə qədər ki, şans var, sonadək mübarizəmizi davam etdirəcəyik.

- "Qəbələ"nin Premyer Liqanın son üç turunda qələbə qazana bilməməsinin səbəbi nədir?
- Çox gərgin qrafiklə oynayırıq. Amma növbəti oyunlarda uğursuz gedişata son qoymağa çalışacağıq. Ümid edirəm ki, hər şeyi normallaşdıra biləcəyik. Üstəlik, istirahət üçün də müəyyən vaxtımız olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.