3 noyabr 2015 16:15
Voyislav Stankoviç: Qəbələ Dortmunda uduzmağa getmir
"Qəbələ"nin müdafiəçisi Voyislav Stankoviç Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Borussiya" hazırda yaxşı formadadır. Eyni sözləri komandanın son dövrlər çoxlu qola imza atan hücumçusu Pyer-Emerik Obameyanq haqda da demək olar. Rəqibin bu oyunda da çoxlu qol vəziyyəti yaradacağı şübhəsizdir. Amma biz onların qarşısını almalıyıq. "Borussiya" çox güclü komanda olsa da, biz Dortmunda uduzmağa getmirik".
